Bizim haqqımızda

  1. ÜMUMİ MƏLUMAT

  2. Əziz müştərilər bizim səhifəmizdə göstərilən ünvanlar bizə məxsus mağazalardır.

    Başmaqçı çox sevilən online ayaqqabı mağazasıdır ki, burada müştərilərə təqdim olunan mallar Türkiyə istehsalıdır .

    Hər həftə daxil olan yeni ayaqqabı modelləri ilə Başmaqçı dəb həvəskarlarına məşhur dizaynerlərin mövsümi kolleksiyalarını sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır. Fəaliyyətimiz 1996 cı ildən davam edir.İllərin təcrübəsini və MDB dövlətlərindəki fəaliyyətimizi ümumiləşdirib öz canımız Azərbaycanın  paytaxtı Bakı şəhərində 2002-ci ildə ilk "Başmaqçı" dükanımızı müştərilərin xidmətinə verdik.Bizim üçün əsas uğurlardan biri müştəri məmnuniyyətidir. 


    Bizdə ENDİRİMLƏR reklam xatirinə aldadıcı  deyil yalnız mövsümi dəyişkənliklə əlaqədar olur. Sayt vasitəsilə alış-veriş zamanı isə endirimdə olmayan bütün mallara 10% dəyərində güzəşt tətbiq olunur.
          Nəzərinizə çatdırırıq ki, endirimli məhsullar geri qaytarılmır.
  1. ÜNVAN

  • Azərbaycan, Qaradağ r-nu Lökbatan qəsəbəsi "Binə Ticarət Mərkəzi" Sıra 1, Korpus 2, Mağaza 64/65
  • Azərbaycan, Bakı, Nizami r-nu Qara Qarayev prospekti 15/29

  • Azərbaycan, Bakı, Nizami r-nu Qara Qarayev prospekti 54 
  • Azərbaycan, Bakı, Nəsimi r-nu Atatürk pr.161G
    1. MAĞAZAMIZ AÇIQDIR

    Həftə içi:09:0022:00

    1. ELEKTRON ÜNVANLAR

    Məlumat: info@bashmaqchi.az
    Yardım: info@bashmaqchi.az













    1. ÇATDIRILMA MÜDDƏTİ VƏ QİYMƏTİ

    • Dəyəri 46 AZN-dən çox olan sifarişlər çatdırılma haqqı PULSUZDUR ;

    • Dəyəri 46 AZN-dən az və ya imtina olan sifarişlər çatdırılma haqqı 2 AZN təşkil edir;

    Biz çatdırılmanı son dərəcə asanlaşdırmaq üçün xidmətimizi hər zaman təkmilləşdirməyə çalışırıq. Sizə daha yaxın olmaq və məmnunluq dərəcəsini ölçmək üçün mütəmadi olaraq fikirlərinizi öyrənməyə çalışırıq.

    Sizin rəyləriniz bizim üçün çox vacibdir. Xahiş edirik ki, formanı doldurmaqla sayt haqqında təklif və düşüncələrinizi paylaşasınız.


    Yeni kolleksiyanın qəbulu ilə əlaqədar olaraq sifarişlərin çatdırılması 1 günə qədər uzana bilər.



    1. ÖDƏNİŞ ŞƏRTLƏRİ
    • NƏĞD ÖDƏMƏ

      Nəğd ödəmə sifarişi aldığınız zaman yerinə yetirilir.

    • KART İLƏ ÖDƏMƏ

      Sifarişinizi Visa, Master Card vasitəsi ilə ödəyə bilərsiniz.

    • ALBALI KART

      ALBALI Kart əldə etməklə Siz büdcənizə qənaət etmiş olacaqsınız, belə ki, bu kart Sizə sərfəli alış-veriş imkanı yaradır! Bu kart sizə alınacaq malı aylar üzrə hissə-hissə ödəmə imkanını verir. Kredit xətti üzrə illik faiz dərəcəsi və komissiya 0% olacaqdır. ALBALI kart tamamilə pulsuzdur. Bu kartı siz www.albali.az internet səhifəsində sifariş edə bilərsiniz və kart sizə pulsuz olaraq istədiyiniz ünvana birbaşa çatdırılacaqdır.

    • BOLKART

      Bolkartla ölkəmizin minlərlə geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Bolkart ilə hər hansı mal alıb, onun dəyərini bərabər hissələrlə 1,3,6 və ya 12 aya ödəmək olar. Bolkartdan habelə vaxtaşırı pul çıxarmaq da mümkündür. Bolkart xaricdə MasterCard loqolu ticarət subyektlərində və internetdə “MasterCard” loqosu olan istənilən onlayn mağazada alış-veriş imkanı verir.


    1. DƏYİŞDİRİLMƏ VƏ GERİ QAYTARILMA ŞƏRTLƏRİ

    Malın dəyişdirilməsi və ya geri qaytarılması sifariş edilən andan 7 təqvim günü ərzində yerinə yetirilə bilər.

    Mallar yalnız Siz onları aldığınız vəziyyətdə geri qəbul edilir. Birka və yarlıqlar qoparılmamalıdır. Malların üzərində istifadə izləri olmamalıdır. Əks halda mallar geri qaytarılmır və dəyişdirilmir. Çatdırılma qəbzi ilə geri qaytarılma qəbzini də alırsınız.

    Formanı dolduraraq, Siz malı aldığınız andan sonrakı 7 gün ərzində geri qaytara bilərsiniz. Malı geri qaytarmazdan əvvəl telefon və ya e-mail vasitəsi ilə geri qaytarılma haqqında məlumat verməyinizi xahiş edirik.


    1. ÖDƏNİŞİN QAYTARILMASI

    Sizin geri qaytardığınız mallara, daxil olduğu andan 3 iş günü ərzində baxılacaqdır. Sonra biz malın dəyərinin qaytarılması haqqında tələbnamə və təsdiq üçün elektron məktub göndəririk.

    Kredit Kartı: Xərclərin ödənilməsi təsdiq elektron məktub aldığınız vaxtdan 7 iş günü ərzində yerinə yetiriləcəkdir. Məbləğin Sizin hesaba köçürülmə vaxtı kredit kartınızı təqdim edən bankdan da asılıdır. Göndərilən məbləğin hesabınıza yatırılması haqqında məlumatı onlayn hesabınızla və ya banka tələbnamə göndərməklə ala bilərsiniz.

    Yalnız bu saytda adı çəkilən ünvanlardakı mağazalar haqqında biz, məsuliyyət daşıyırıq.